
2018-08-02 13:50:00
Alimlər İngiltərədə 140 milyon il əvvələ aid dinozavrın ayaq izlərini tapıblar
Alimlər İngiltərənin Dorset bölgəsindəki qayalıq ərazidə dinozavrlara aid ayaq izləri aşkar ediblər.
AzEdu.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, dinozavrın ayaq izlərinin 140 milyon il əvvəlki dövrə aid olduğu bildirilib.
İngiltərənin cənub sahillərində yaşadığı bildirilən dinozavr otyeyən Sauropoda növünə aiddir. Sauropoda növü dinozavrların arasında ən böyükləri kimi səciyyələndirilir. Onların uzunluqları 40 metrə, çəkiləri isə 80 tona çatır.
Ayaq izlərinin zərər verilmədən ortaya çıxarıldığı və muzeydə nümayiş etdiriləcəyi bildirilir.
Eyni bölgədə 1997-ci ildə də 52 dinozavrın ayaq izinə rast gəlindiyi qeyd edilib.
Bu bölməyə aid digər xəbərlər
“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası olub
2024-09-12 10:41:16
Sentyabr döyüşlərinin 2 ili tamam oldu
2024-09-12 08:59:29
“Tarixdə bu gün” - 12 sentyabrda yadda qalan günlər...
2024-09-12 08:56:00
Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
2024-09-12 08:45:58
STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir
2024-09-11 17:57:00
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA
2024-09-11 15:01:00
DİM bu şəxslər üçün qeydiyyat elan edib
2024-09-11 12:18:30
Dövlət keyfiyyətli kadr hazırlığı üçün daha çox vəsait xərcləyəcək - Yeni qərarın izahı
2024-09-11 11:15:57
İki gündə geomaqnit qasırğası olacaq
2024-09-11 10:58:30
Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı
2024-09-10 17:43:40