
2018-08-02 15:50:00
Tətil üçün plan qurun, amma təhsili unutmayın - Psixoloq məsləhəti
Tətilə çıxan hər bir uşaq kimi sizin uşağınız da istirahət etmək, dostlarıyla görüşmək, oyunlar oynamaq və yay düşərgəsinə getmək istəyə bilər. Onun bu istəklərinin normal olduğunu, müvəffəqiyyətli uşaq kimi müvəffəqiyyətsiz uşağın da istirahət etməyə haqqı olduğunu unutmayın.
Həddən artıq reaksiya verməyin
Övladlarınıza məktəbdəki uğursuzluqları ilə əlaqədar həddən artıq reaksiya göstərməkdən çəkinin. İlk növbədə, onları anlamağa çalışın. Çünki, hər bir uşağın uğursuzluq səbəbi fərqli olduğu kimi, uğursuzluğun həlli yolları da fərqli ola bilər. Uşağınızı müşahidə edərək ən çox çətinlik çəkdiyi sahələri müəyyənləşdirməyə çalışın və bir mütəxəssisdən bu mövzuda kömək alın.
Tətil üçün plan qurun amma təhsili unutmayın
Uşağınız üçün tətil planı qurarkən tətilin sonlarına doğru və ya arada bir övladınızın təhsilində mövcud olan əskiklikləri aradan qaldırmaq üçün də hazırlıq planları qurun. Bunlarla uşağınızın əskiklik yaşadığı sahələri tamamlamağa çalışın. Ancaq bu plan uşağınızın bütün tətilini əlindən almasın.
Uşağınızın əskiklikləri varsa, onları qəbul edin
Bütün ana-atalar kimi sizin üçün də uşağınız təbii ki, bənzərsiz və təkdir. Bu gerçəyi heçkəs dəyişdirə bilməz. Lakin, hər uşaqda ola biləcəyi kimi sizin uşaqda da öyrənmə bacarıqlarında bəzi əskikliklər ola bilər. Məsələn, öyrənmə çətinliyi hansısa zehni çatışmazlıq olmadan da uşaqların uğursuz olmalarına səbəb ola bilər.
Uşağınızla vaxt keçirməyə diqqət yetirin
Uşağınızla çoxlu vaxt keçirməyə, onun ehtiyaclarına cavab verməyə və onu daha yaxından müşahidə etməyə diqqət yetirin. Hansı sahədə çətinlik çəkdiyini, diqqətini nə qədər saxlaya bildiyini, hansı dərsləri sevdiyini və ya sevmədiyini öyrənin.
Uşağınızı təqdir etməyi unutmayın
Uşaqlar sevildikləri və rəğbətləndirildiklərində sevinirlər. Bəli, hər uşaq özünün sevildiyini, bəyənildiyini, təqdir edildiyini, məktəbdəki uğurlarının onun sevilməsi üçün əsas ölçü olmadığını, ailəsinin hər zaman onun yanında olduğunu bilməyə ehtiyacı vardır. Bunu uşağınızdan əsirgəməyin və ona dəyərli olduğunu hiss etdirin.
Məktəb açılmadan siz təlim-tərbiyəyə başlayın
Əgər, uşaqlarınız üçün təhsil ili bitərkən müəyyən etdiyiniz problemləri hələ də aradan qaldıra bilməmisinizsə, uşaqlarınızı məktəb açılmadan iki və ya üç həftə əvvəl məktəbə və təlim-tərbiyə prosesinə hazırlamağa başlayın.
Əziz valideynlər,
Unutmayın ki, sağlam uşaqlar ancaq sağlam bir ailənin məhsuludur. Uşaqlarınızla maraqlanın.
Tərcümə etdi: Fatimə Qəhrəmanova

Bu bölməyə aid digər xəbərlər
4 məktəb, 5 bağça müdiri işdən ÇIXARILDI
2024-05-30 08:30:33
9-cu sinif şagirdi 30 yaşlı kişi ilə evləndirilir? - Polis hərəkətə keçdi
2024-05-25 09:19:00
Direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir
2024-03-29 17:35:39
Məntiq dərsinin məktəblərdə tədrisi niyə vacibdir? - ŞƏRH
2024-03-23 10:05:00
Şagirdləri tətil müddətində dərslə yükləmək doğru deyil
2024-03-19 16:00:49
Azərbaycanda altıncı sinif şagirdi vəfat etdi- FOTO
2024-03-18 10:12:01
Kim gəldi ekspertlik edir, cəzasını təhsil, xalq çəkir...
2024-03-11 16:06:00
65 yaşında müəllimi çıxarırıq, sonra da kadr axtarırıq…
2024-02-27 14:11:14
DİN: Məktəbli qızın qeyri-etik davranışına dair görüntülər araşdırılır
2024-02-19 23:48:00
Bağçada səs yazısı yayılıb: Təsərrüfat müdiri işdən çıxarıldı - YENİLƏNİB
2024-02-14 19:40:00