
Bu gün qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafı və bunun üçün bazar rəqabətli, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılması dövlətin əsas prioritetlərindəndir.
Bu barədə AzEdu.az-a Azərbaycan Dövlət Aqrar Universitetindən bildirlib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan və kənd təsərrüfatı yönümlü ixtisasları seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 100 manat, 500 və daha çox bal toplayanlara isə 200 manat əlavə təqaüd veriləcək. Aqrar yönümlü ixtisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. Universitet bundan əlavə abituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən yataqxana da vəd edir.
Aqrar yönümlü ixtisaslar:
Torpaqşünaslıq və aqrokimya
Aqronomluq
Meşəçilik
Zootexniklik
Balıqçılıq və balıqçılıq təsərrüfatı işi
Aqromühəndislik
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
Şərabçılıq
Bitki mühafizəsi
Bağçılıq və tərəvəzçilik
Su bioehtiyatları və akvabitkilər
Ekologiya
Baytarlıq
Əczaçılıq