
2018-08-03 09:52:38
Alimlər donuzlara süni ağciyər köçürüblər
Amerikalı biomühəndislər dünyaya yeni sensasiyalı hesabat təqdim ediblər. Belə ki, insan ömrünün uzadılması istiqamətində daha bir addım atılıb. Alimlər donuzlara süni yetişdirilmiş ağciyər köçürüblər.
AzEdu.az "vistanews” saytına istinadla xəbər verir ki, transplantasiya əməliyyatından kifayət qədər qısa müddət sonra orqanlar adaptasiya olunub. Bu vaxtadək məhz patoloji cəhətdən zədələnmiş ağciyərlər orqanizm tərəfindən qəbul edilmədiyindən mükəmməl transplantasiya üçün yararsız hesab olunurdu. Tədqiqatçılar qidalandırıcı məhlulda laboratoriya heyvanlarının bütün hüceyrələrini çıxarmaqla zülal strukturundan orqanlar yetişdirməyə nail olublar. Yerdə qalan elastik üçölçülü əsas sahə resipiyent donuzun hüceyrələri ilə doldurulub. Yetişdirmə prosesi bir aya başa çatıb. Bundan sonra orqanlar fərdi damar şəbəkəsi yaradıb.
İlk uğurlara baxmayaraq, hələ alimlərin qarşısında insan orqanlarının yetişdirilməsi metodikasının hazırlanması ilə bağlı çoxlu problemlər var. Bu məsələdə resipiyentin yaşı və transplantasiya dövrünədək həyat tərzi mühüm rol oynayır. Lakin alimlər əmindirlər ki, yaxın zamanlarda eksperimentlərin müsbət nəticələrini əldə etmək mümkün olacaq. Birinci mərhələ uğurla başa çatıb. Elmi dairələr bu istiqamətdə tədqiqatların nəticələrini diqqətlə izləyirlər.
Bu bölməyə aid digər xəbərlər
“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası olub
2024-09-12 10:41:16
Sentyabr döyüşlərinin 2 ili tamam oldu
2024-09-12 08:59:29
“Tarixdə bu gün” - 12 sentyabrda yadda qalan günlər...
2024-09-12 08:56:00
Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
2024-09-12 08:45:58
STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir
2024-09-11 17:57:00
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA
2024-09-11 15:01:00
DİM bu şəxslər üçün qeydiyyat elan edib
2024-09-11 12:18:30
Dövlət keyfiyyətli kadr hazırlığı üçün daha çox vəsait xərcləyəcək - Yeni qərarın izahı
2024-09-11 11:15:57
İki gündə geomaqnit qasırğası olacaq
2024-09-11 10:58:30
Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı
2024-09-10 17:43:40