Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-18 09:36:00
Fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclası keçirilib

17 noyabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində fizika və rus dili fənləri üzrə işçi qruplarının iclası keçirilib

 

AzEdu.az xəbər verir ki, gündəlik məsələ fizika fənni üzrə I və IV ixtisas qrupları üzrə, rus dili fənni üzrə isə III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

 

Müzakirələr nəticəsində imtahan modelində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan sxem, qrafik, cədvəl formalı tapşırıqlara üstünlük verilib. Həmçinin Eyler-Venn diaqramı və klasterdən istifadəyə, situasiya və mətnə aid tapşırıqların elmi-metodiki xüsusiyyətlərinə xüsusi diqqət yetirilib.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

Qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.

 

İşçi qrupunun növbəti iclası 24 noyabr 2021-ci il tarixində olacaq.