
2021-12-12 15:48:00
Bu şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ YOXDUR
Müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.
Bununla yanaşı qanunla müəyyən edilmiş qaydalara uyğun olmayan şəxslər pedaqoji fəaliyyətlə məşğul olma hüququna malik deyillər.
AzEdu.az xəbər verir ki, aşağıda qeyd olunan hallara uyğun gələn müvafiq şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslər;
- ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;
- fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Bu bölməyə aid digər xəbərlər
Müəllimlərin məzuniyyət pulu belə hesablanır - QANUNVERİCİLİK
2023-05-07 11:36:02
Valideynlərin bu hüquqları da var imiş - Bir çoxu xəbərsizdir
2023-04-24 11:39:00
Təhsilin və kadr hazırlığının keyfiyyəti nəyə əsasən müəyyən edilir?-QİYMƏTLƏNDİRMƏ
2023-04-08 15:54:00
Dünya ölkələrində çox faydalı orta təhsil sistemləri - NÜMUNƏLƏR
2023-03-24 15:07:03
Təhsilin və kadr hazırlığının keyfiyyəti nəyə əsasən müəyyən edilir?-QİYMƏTLƏNDİRMƏ
2023-03-22 16:58:19
Əvəzedici müəllimin əmək funksiyası və maaşı necə tənzimlənir?-QANUN
2023-03-11 13:08:07
Təhsilin və kadr hazırlığının keyfiyyəti nəyə əsasən müəyyən edilir?-QİYMƏTLƏNDİRMƏ
2023-03-08 11:40:34
Əvəzedici müəllimin əmək funksiyası və maaşı necə tənzimlənir?-QANUN
2023-03-05 11:52:00
Təqaüd yaşına çatmış müəllim hansı halda fəaliyyətinə davam edə bilər?- Diqqət
2023-03-05 10:20:13
Dünya ölkələrində çox faydalı orta təhsil sistemləri - NÜMUNƏLƏR
2023-02-19 11:34:07