Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-03 15:30:00
“Azərbaycan universitetlərini dünyanın ən güclüləri arasında görmək indiki nəsilə qismət olmayacaq” - EKSPERT
"Times” qəzeti tərəfindən hazırlanmış dünyanın ən güclü 100 universiteti arasında 8 ABŞ, 2 Böyük Britaniya universiteti yer alıb.
 
Birinci yeri Harvard Universiteti tutur. 10 ən güclü universiteti aşaıdakılardır:
 
Harvard Universiteti
Massaçusets Texnologiya Universiteti
Stanford Universiteti
Kembric Universiteti
Oksford Universiteti
Kaliforniya, Berkeley Universiteti
Prinston Universiteti
Yale Universiteti
Kolumbiya Universiteti
Kaliforniya Texnologiya Universiteti
 
Qeyd edək ki, yüzlüyə Asiyanın 17 universiteti daxil olub. Bunlar arasında Toku, Çinin Tsinghua, Pekin, Sinqapurun  Milli Universiteti  yer alıb.
 
 Siyahıdan göründüyü kimi, Amerika təhsil "maşın"ı yenə liderliyini qoruyur və dünya elmində dominantlıq təşkil edir. Maraqlıdır, Amerika təhsil sistemindəki bu uğurun sirri nədədir?
 
AzEdu.az xəbər verir ki, moderator.az bu suala tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərovdan cavab almağa çalışıb:
 
"Suala bir cümlə ilə cavab versək, sirr "müəllim - tələbə” münasibətindədir.  Amerikada bu münasibət iki dost münasibətidir. Bizdə isə, ən yaxşı halda bu münasibər "valideyn – övlad” münasibətidir. Elmi dildə bu fikri belə ifadə etmək olar: Amerikada müəllim ilə tələbə münasibəti "subyekt - subyekt" münasibətidir. Bu münasibətdə qeyri səmimiliyə yer yoxdur. Bizdə isə bu münasibət:  "subyekt -obyekt" münasibətidir. Bu münasibətdə qeyri - səmimilik rəngarəndir. Bu münasibətlər çox fərqlidir".
 
Ekspertin sözlərinə görə, Amerka təhsil sistemində müəllim öyrənciyə başa salmağa çalışır ki, sən məndən də ağıllısan, məndən də yüksək səviyyələrə də qalxa bilərsən:
 
"Subyekt – obyekt münasibətlərində düşüncə tam fərqlidir. "Mən danışıram, sən mənə qulaq as. Heyvandan adam olar, səndən heç nə olmaz” düşüncəsi ortadadır. Bu düşüncə gəncləri sındırır. Keçmişdə "mürşüd - mürüd” münasibərləri daha səmimi olub. Mürüdin danışığını, fəaliyyətini izləməklə, həttda onun mürşüdünün kim olduğunu söyləmək mümkün olub. Sözümün canı odur ki, bizdə elmə, təhsilə münasibət Amerikadan, hətta Avropadan tamam fərqlidir və bir daha onu təkrar etməyi özümə borc bilirəm ki, biz ilk növbədə düşüncə tərzimizdə dəyişikliyə nail olmalıyıq, əks halda Azərbaycanın heç bir universitetinin adını nəinki dünyanın ən güclü 10, heç 50 universiteti arasında da görmək indiki nəsilə müyəssər olmayacaq".