
Yunanıstanın Qərbi Makedoniya Universiteti (QMU) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında akademik/inzibati heyət üçün Erasmus+ mübadilə proqramına start verilib.
AzEdu.az xəbər verir ki, proqram haqqında ətraflı məlumat aşağıdakı kimidir:
Akademik/inzibati heyət üçün Erasmus+ proqramının əsas şərtləri:
Beynəlxalq mobillik 2019-2022: (QMU)
Azərbaycan Dövlət İqtisad Universiteti ilə Qərbi Makedoniya- Yunanıstan Universiteti arasındakı mobillik | |||
Fəaliyyət | İstiqamət | İştirakçıların sayı | Mobillik müddəti |
Tədris üçün kadrların mobilliyi | Azərbaycandan Kozaniyə/YunanıstanKastoriya | 1 | 5 gün |
Təlim üçün kadrların mobilliyi | Azərbaycandan Kozaniyə/Yunanıstan Kastoriya | 1 | 5 gün |
Akademik/inzibati heyət üçün Erasmus+ proqramının əsas şərtləri:
- UNEC-in tam ştatlı akademik/inzibati işçisi olmaq;
- İngilis dilini mükəmməl bilmək və təlim materiallarını praktiki olaraq tətbiq etmək bacarığı (inzibati heyət üzvlərindən beynəlxalq dil sertifikatı olan namizədlərə üstünlük veriləcək);
- İngilis dilində səlis danışıq və dərs demək bacarığı (akademik heyət üçün beynəlxalq dil sertifikatı olan namizədlərə üstünlük veriləcək);
- Mövzu üzrə praktiki biliklər (yalnız akademik heyət üçün)
- Təcrübə/tədris müddəti - 5 gün (səyahət üçün 2 gün, cəmi 7 gün)
UNEC-in akademik/inzibati heyətinin səyahət və gündəlik xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanır. Proqrama müraciət etmək istəyən akademik heyət müvafiq kursun sillabusunu, niyyət məktubu və CV-lərini təqdim edə bilər. Eləcə də inzibati işçilər öz CV-lərini və niyyət məktublarını aşağıda qeyd olunan e-mail ünvanına təqdim edə bilərlər. Bütün sənədlər ingilis dilində təqdim edilməlidir. Qeyd edək ki, proqram çərçivəsində akademik heyət tədris fəaliyyətinə, inzibati heyət isə təlim fəaliyyətlərinə cəlb olunacaq.
Tələb olunan sənədlər:
- Kursun sillabusu (yalnız akademik heyət üzvləri üçün (ingilis dilində));
- Niyyət məktubu (ingilis dilində);
- CV (ingilis dilində);
- Xarici pasport.
Müraciət üçün son tarix: 30 noyabr 2021-ci il
Sənədlər aşağıdakı ardıcıllıqla “pdf” formatında [email protected] elektron poçt ünvanına təqdim edilməlidir.
QEYD:
- Müsahibəyə yalnız seçilmiş akademik/inzibati heyət dəvət olunacaq;
- Mübadilə proqramı COVID-19 pandemiyasına bağlı məhdudiyyətlərdən asılı olaraq, təxirə salına və ya ləğv edilə bilər.