Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-24 09:24:00
DİM-də kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

Gündəlik məsələ I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

 

AzEdu.az xəbər verir ki, imtahan modelində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan sxem, qrafik, cədvəl formalı tapşırıqlara üstünlük verilib. Həmçinin Eyler-Venn diaqramı və klasterdən istifadə edilib.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

Qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.

 

İşçi qrupunun növbəti iclası 30 noyabr 2021-ci il tarixində olacaq.