
2021-11-25 11:48:00
Qars Qafqaz Universitetinin professoru LDU-da olub.
Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsinin professoru Dr. Cihan Kaçarın başçılıq etdiyi nümayəndə heyəti Lənkəran Dövlət Universitetinin (LDU) qonağı olub.
AzEdu.az xəbər verir ki, Hörmətli qonaqları LDU-nun rektoru, professor Natiq İbrahimov qəbul edib və onlara rəhbərlik etdiyi ali təhsil ocağı, burada son illərdə tədrisin modernləşdirilməsi istiqamətində aparılan islahatlar, görülən işlər barədə ətraflı məlumat verib. Qarşılıqlı disskussiya şəraitində keçən görüşdə LDU-da “Baytarlıq” ixtisasının daha da genişləndirilməsi, modern inkişafı məsələləri, Qars Qafqaz Universitetindən Lənkəran Dövlət Universitetinə əlavə kadrların gətirilməsi, gələcəkdə universitetin nəzdində “Baytarlıq klinikası”nın yaradılması və s. məsələlər müzakirə edilib. Görüşdən sonra “Aqrar və mühəndislik fakültəsi”ndə “Baytarlıq” və “Baytarlıq təbabəti” ixtisaslarının tələbələrinə “İnəklərdə ultrasəslə reproduktivliyin təyini” mövzusunda təlim keçirilib və iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda LDU-da baytarlıq ixtisasını tədris edən müəllimlərə tövsiyələr verilib, Qars Qafqaz Universitetinin bu sahədəki təcrübəsindən ətraflı danışılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təlim zamanı tələbələr Professor Cihan Kaçarın iştirakı ilə təcrübi olaraq inək üzərində ultrasəs müayinəsi aparıblar. Sonda təlimdə iştirak edən tələbələrə sertifikatlar təqdim edilib.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39