
2021-11-26 15:46:00
Tanınmış memara həsr olunmuş film ilk dəfə AzMİU-da nümayiş olunub-FOTO
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tanınmış memar, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Rəfael Müseyb oğlu Həsənovun xatirəsinə həsr olunmuş “Dizayn insanı” sənədli filminin təqdimatı keçirilib. Təqdimatda görkəmli memarın ailə üzvləri, yaxın dostları, elm və mədəniyyət xadimləri iştirak ediblər.
AzEdu.az xəbər verir ki,AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Universitetin Dizayn kafedrasının müdiri olmuş Rəfael Həsənovun xatirəsini böyük ehtiramla anaraq onun ömür yolu, yaradıcılığı, çalışdığı kafedra üçün gördüyü işlər haqqında məlumat verib. Rektor vurğulayıb ki, Rəfael müəllim təkcə memar kimi deyil, həm də pedaqoq kimi gənc memar-dizaynerlərin yetişməsində böyük xidmətlər göstərib. Çıxışının sonunda G.Məmmədova filmin rejissoruna, yaradıcı heyətə, əməyi keçən hər bir kəsə təşəkkürünü bildirib.
Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, Əməkdar memar, Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə üzünü tədbirdə iştirak edən tələbələrə tutaraq Rəfael Həsənovu Azərbaycanda dizayn elminin banisi kimi təqdim edib, onun dizayn elminin inkişafı və tərəqqisi üçün böyük xidmətlərindən danışıb.
Bu gün R.Həsənovun doğum günü olduğunu yada salan Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova belə bir gündə onu sevənlərin, doğmalarının onun işığına toplaşdığını, ruhunun şad olduğunu xüsusi qeyd edib.
Filmin rejissoru və ideya müəllifi Eldara Əliyeva filmin çəkilişlərində göstərdikləri dəstəyə görə memarın ailə üzvlərinə təşəkkür edib, Azərbaycanın belə görkəmli ziyalılarının gənclərə tanıdılmasının vacibliyinə toxunub. Onun çıxışından sonra 43 dəqiqəlik film təqdim olunub.
Film böyük maraq və həvəslə izlənilib, alqışlarla qarşılanıb. Təqdimatdan sonra AzMİU-nun kafedra müdirləri Aybəniz Həsənova, Nizami Nağıyev R.Həsənovla bağlı xatirələrini danışıblar, onun sadə, təvazökar, həyatsevər bir insan kimi yaddaşlarda əbədi qalacağını bildiriblər. Tədbirin qonaqları
Xalq artisti Xuraman Qasımova, R.Həsənovun tələbə yoldaşları və dostları da onun işıqlı xatirəsini yad ediblər.
Tədbirdə iştirak edən R.Həsənovun xanımı və qızı da belə bir görüşün təşkilinə görə Universitet rəhbərliyinə, filmin yaradıcı heyətinə təşəkkürlərini bildiriblər.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39