Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-27 13:09:00
Təhsil Tələbə Krediti almaq üçün necə müraciət etmək lazımdır?-Tələbələrin NƏZƏRİNƏ

 

Noyabrın 25-dən etibarən Təhsil Tələbə Krediti üçün  müraciətlərin qəbuluna start verilib.

 

Müəyyən edilən şərtlərə cavab verən tələbələr kreditdən yararlanmaq üçün öz müraciətlərini ünvanlaya bilərlər.

 

Bəs bunun üçün müraciət prosesi necədir? Tələb olunan ərizə nömrəsi nədir? 18 yaşdan aşağı şəxslət necə müraciət edə bilər?

 

AzEdu.az xəbər verir ki, tələbə ilk olaraq notariat qaydada kredit müqaviləsinin bağlanılması ilə bağlı bir sıra razılıqlar təsdiq edir.

 

Tələbənin yaşı 18-dən kiçik olduqda valideynləri və ya himayəçisi ilə, 18-dən böyük olduqda isə özü notariat ofislərinə yaxınlaşıb razılıqlarını ərizəsi ilə təsdiq etməlidirlər. Bu ərizə Təhsil Tələbə Krediti(TTK) üçün müraciətə icazə verir. Razılıq ərizəsində həmçinin TTK  aldıqdan və bu vəsaiti tələb olunan məbləğdə geri qaytaranadək Fond və müvəkkil bank tərəfindən tələbənin fərdi məlumatları, əmlakları, gəlir və xərcləri barədə aidiyyəti qurumların informasiya sistemlərindən və ehtiyatlarından sorğu edərək məlumatın əldə edilməsinə dair razılıq öz əksini tapır.

 

Daha sonra tələbə kredit almaq üçün e-ttkf.edu.az poertalına daxil olub müraciətini göndərir, təhsil müəssisəsi müraciəti təsdiqlədikdən sonra sistem tələbənin kredit almaq hüququnu müəyyən edir.

 

Tələbələr e-ttkf.edu.az portalına necə daxil ola bilərlər?

 

Portala giriş ASAN Login sistemi vasitəsilədir və sistemə giriş üçün 3 üsul mövcuddur: “İndetifikasiya nömrəsi”, “Asan İmza”, “Elektron İmza”.