
2021-11-30 15:51:00
Region Gənc Müəllimlərinin I Şəbəkələşmə Forumu
AGMA regionun gənc müəllimləri arasında davamlı əməkdaşlıq və şəbəkələşmənin təmin edilməsi üçün “Region gənc müəllimlərinin 1-ci şəbəkələşmə forumu” nu təşkil edir.
Forum 11 dekabr 2021 –ci ildə Şəmkir rayon Kimya - biologiya təmayüllü liseyində keçiriləcək. Forumda Şəmkir, Gəncə, Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Daşkəsən rayonlarında fəaliyyət göstərən gənc müəllimlər iştirak edəcəklər. Gənc müəllimlər təqdim olunacaq 5 təlimdən istəklərinə uyğun 2 təlimdən yararlana bilərlər.
Təklif olunan təlim istiqamətləri aşağıdakılardır:
- Netvörkinq bacarığı;
- Təqdimat bacarığı və natiqlik;
- Müəllimin innovativ bacarıqları;
- Sinfin idarə olunması;
- Çətin tərbiyə olunan şagirdlərlə iş.
Foruma qoşulmaq istəyən gənc müəllimlər Rayon Təhsil Şöbələrinə müraciət etsinlər!
Gənc müəllimlərin maariflənməsinə, özlərini inkişaf etdirməsinə, işlərini sevgi ilə görməsinə yardımçı olmaq bizim məqsədimizdir!
Media tərəfdaşımız Edumap.az təhsil portalıdır.
Qeyd: Forumda iştirak edən müəllimlərə iştirakçı sertifikatı veriləcək
Bu bölməyə aid digər xəbərlər
Agentlikdən valideynlərə müraciət!
2024-09-06 15:11:34
ARTİ vakansiya elan edir
2024-09-03 09:34:27
Dərsliklərdən düzgün istifadə etməyi bilməyənlər ondan şikayətlər edirlər
2024-07-17 13:09:11
“Tarixdə bu gün” - 10 iyul...
2024-07-10 09:09:15
35 mindən çox müəllimin maaşına artım tətbiq olunub
2024-06-14 16:04:37
Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib
2024-05-18 15:22:00
Nazir Dünya Bankının Azərbaycan üzrə meneceri ilə görüşüb
2024-04-08 13:10:00
Nazir müavini Füzulidə təhsil müəssisələrində olub
2024-03-30 09:46:00
Nazir müavini İdris İsayev Füzulidə olub
2024-03-30 09:32:20
Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzində YENİLİK
2024-03-27 11:21:00