
2021-12-01 15:12:00
Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibədə 27 nəfər uğur qazanıb
On altı dövlət orqanında 36 vakant vəzifə üzrə noyabrın 4-dən başlanan ümumi müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, ümumi müsahibə dövlət orqanlarında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üçün keçirilir. Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla müsahibəyə çıxarılan vəzifələrin 9-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 27-si B növü vəzifələrə (inzibati icraçı) aiddir. Müsahibədə iştirak etmək üçün 189 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 14:50-dək olan məlumata görə, müsahibədə 27 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Ümumi müsahibə dekabrın 8-də yekunlaşacaq.
Bu bölməyə aid digər xəbərlər
Dövlət qulluğu üzrə sertifikat üçün qeydiyyat aparılır
2023-07-24 11:30:21
Dövlət qulluğunun rəhbər vəzifələri üçün imtahan keçiriləcək
2023-07-21 09:24:49
12 dövlət qurumunda 61 vakant vəzifə müsahibəyə çıxarıldı
2023-07-14 15:38:37
Dövlət qulluğuna qəbul olunanlar and içdilər
2023-06-24 10:53:07
1 may tarixli dövlət qulluğu müsabiqəsinə sənəd verənlərə XƏBƏRDARLIQ
2023-06-14 09:15:19
Dövlət qulluğuna qəbulda dəyişiklik edildi
2023-06-07 17:21:42
Aprelin 30-da dövlət qulluğuna imtahan keçiriləcək
2023-04-19 09:55:23
Məmur olmaq istəyənlər üçün müsahibələrin keçirilmə qrafiki AÇIQLANDI
2023-04-14 15:14:52
Dövlət qulluqçularının reyestr qaydası hazırlanacaq - FƏRMAN
2023-04-10 10:50:02
Məmur olmaq istəyənlər üçün imtahan - “buraxılış vərəqəsi”ni çap etsinlər!
2023-03-14 10:43:58