Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-05 11:44:00
Daxili Qoşunlara aşağı balla əlavə kursant qəbulu sona çatır

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu davam edir.

AzEdu.az xəbər verir ki, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 200 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər avqustun 6-dək  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.