Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-13 16:32:00
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına hazırlıqları davam edir  

Təhsil İnstitutu tərəfindən seçmə imtahanlar əsasında müəyyən olunaraq Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında ölkəmizi təmsil edəcək milli komanda üzvlərinə müntəzəm qaydada dərslər, laboratoriya hazırlıqları keçirilir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, “Azecolab Company”də fəaliyyət göstərən təcrübə otağında hər həftə sonu təşkil edilən laboratoriya hazırlıqları sona çatıb. Sonuncu laboratoriya hazırlığı 6 nəfər şagirdin iştirakı ilə 3 saat davam edib. Şagirdlər 2 qrupa bölünərək müxtəlif tipli kimyəvi eksperimentlər aparıblar.