
Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə insanlar bəzən xaricdə təhsil almaq istəyirlər.
Azərbaycanda da xarici ölkələrdə təhsil almaq istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi Çin və digər yerlərdə təhsil almağı hədəf seçib.
Bu şansdan yararlanmaq üçün AzEdu.az xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlərə məlumatları verməkdə davam edir.
Bu dəfə Asiya ölkəsi olan Malayziyada ali təhsil almaq istəyənlər üçün orada təhsil almağın üstünlükləri barədə yazını təqdim edirik:
Avropa ilə yarışan, təhsildə ən güclü Asiya ölkəsi …
Malayziya universitetləri dünya sıralamasında əcnəbi tələbələrin ən çox diqqətini çəkən ölkələr sırasındadır.
Cənub – şərqi Asiya ölkəsi, 2020-ci ilədək bu siyahıda 6-cı yerə yüksəlməyi və 200.000 xarici tələbəni ölkəyə cəlb etməyi qarşısına məqsəd qoyub. Malayziyada ali təhsil müddəti 3-8 ildir. Təhsil müddəti ixtisaslara görə fərqlənir. Büdcəsinin böyük bir qismini təhsilə yatıran, eyni zamanda təhsil keyfiyyətinə görə Avropa ilə yarışır. Malayziya universitetləri son on il ərzində minlərlə əcnəbi tələbəni cəlb edə bilib.
DUAL DİPLOM
Malayziya universitetlərinin ən böyük üstünlüyü isə DUAL DİPLOM (ikili diplom) verməyidir. Digər üstünlüyü isə həm bakalavr, həm magistr dərəcəsində ingilis dilini dəstəkləməsidir.
Malayziya, yaşayış xərcləri baxımından Avropa ölkələri ilə müqayisədə dəfələrlə ucuzdur. Təhsil haqqı və yaşayış xərcləri baxımından əcnəbi tələbələri cəlb edən bu ölkənin həm də maraqlı şəhərləri, fantastik təbii gözəlliyi ayrıca üstünlükdür.
Dövlət tərəfindən tanınan bütün Malayziya universitetlərini YÖK də tanıyır. Malayziya universitetlərində ingilis bölmələri var. Pakistan, Çin, Hindistan və s. ölkələrdən gələn tələbələr ünsiyyət vasitəsi və tədris dili kimi ingilis dilindən istifadə edirlər. İngiliscəni yaxşı bilməyən tələbələr üçün isə hazırlıq proqramları mövcuddur. Burada, həmçinin, müəyyən proqramlar vasitəsilə tələbələrə ali təhsilin ilk 2 ilini Malaziyada oxuyub, son ilini İngiltərədə, Amerika, və ya Avstraliyadakı müqaviləli universitetlərdə oxumaq şansı tanınır.
“Parnership” və “Transfer” proqramları...
Ölkədə yaradılan məşhur təhsil proqramlarından biri də “Parnership” və “Transfer” proqramlarıdır. Malayziyada ali təhsili almaq İngiltərə, ABŞ, Kanada kimi ölkələrdən diplom ala bilmək deməkdir. “Partenship” proqramının məşhur olmasının bir səbəbi də tələbələrin təhsilinin bir qismini Malayziyada, müəyyən hissəsini xarici universitetlərdə ala bilməsidir.
Günel YAŞARQIZI