
2021-12-16 12:42:00
ADMİU ilə LDU arasında əlaqələr genişlənir
14 dekabr 2021-ci il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin kollektivi Lənkəran Dövlət Universiteti və LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə səfərdə olub. Qonaqları qəbul edən LDU-nin rektoru prof. Natiq İbrahimov hər iki təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsindən məmnun olduğunu bildirib.
AzEdu.az xəbər verir ki. yaradıcılıq səfəri çərçivəsində ADMİU nəzdində Humanitar Kollecin və LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin kollektivləri qarşısında konsert proqramı ilə çıxış ediblər.
“Azərbaycan” musiqisi ilə başlayan açılış “Dilkəş təsnifi”nin ifasıyla davam edib, “Azərbaycan” şeiri və qazi müəllim Fərid Atazadənin ifasında isə Qarabağ şikəstəsi böyük həvəslə dinlənilib. Daha sonra “El yolunda”, “Azərbaycan bayrağı”, “Azərbaycan” və bəstəkar Tofiq Quliyevin kino filmlərə yazdığı musiqisindən ibarət kompozisiya ifa edilib. Konsert proqramı Zeynal Cabbarzadənin sözlərinə Emin Sabitoğlunun bəstələdiyi “Bizim Lənkəran” mahanısı ifa edilərək alqışlarla yekunlanıb.
Konsertin sonunda Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov maraqlı və zəngin səfər proqramına, gözəl ifalara görə direktor Nərmin Qaralova başda olmaqla kollecin müəllim və tələbələrinə təşəkkürünü bildirib və belə yaradıcı görüşlərin hər iki tərəf üçün səmərəli olduğunu qeyd edib.
Öz növbəsində ADMİU-nun nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova səmimi qarşılanmaya və qonaqpərvərliyə görə LDU-nun rektoru, professor Natiq İbrahimova minnətdarlığını bildirib və bu ən ənələri davam etdirəcəklərini qeyd edib.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39