
2018-08-07 09:46:59
Şagirdinə təcavüz edən müəllim özünü asdı - VİDEO
Cinsi zorakılığa görə həbs edilən müəllim həbsxanada gecə geyimiylə özünü asaraq öldürüb.
AzEdu.az xəbər verir ki, o, 9 qız şagirdinə qarşı cinsi zorakılıqda ittiham edilib. Türkiyənin Dənizli şəhərində ibtidai məktəbin valideynləri məktəb rəhbərliyinə müəllimdən şikayət ediblər. Şikayətdən sonra, Fərrux adlı müəllim valideynlər tərəfindən ibtidai sinifdə oxuyan 9 qıza qarşı cinsi zorakılıqda günahlandırılaraq həbs olunub.
Cinsi istismara məruz qalan qızların valideynləri müəllimin bunu əllə etdiyini bildirib. Polislər tərəfindən yaradılan pedaqoq və psixoloq heyəti istismara məruz qaldığı iddia edilən qızlarla danışıblar.
Qızlar müəllimin onlara qarşı cinsi zorakılıq etdiyini təsdiqləyib. Şagirdlərdən biri: "Əl ilə zorakılıq edirdi. Pulumuzun olub-olmaması bəhanəsi ilə əlini cibimizə salırdı" – deyib.
Müəllim isə söylənilən ittihamları qəbul etməyib və həbs olunmasının səhəri günü özünü gecə paltarı ilə asaraq öldürüb.
Polis intiharın səbəblərini araşdırmağa çalışır. (moderator.az)
Bu bölməyə aid digər xəbərlər
4 məktəb, 5 bağça müdiri işdən ÇIXARILDI
2024-05-30 08:30:33
9-cu sinif şagirdi 30 yaşlı kişi ilə evləndirilir? - Polis hərəkətə keçdi
2024-05-25 09:19:00
Direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir
2024-03-29 17:35:39
Məntiq dərsinin məktəblərdə tədrisi niyə vacibdir? - ŞƏRH
2024-03-23 10:05:00
Şagirdləri tətil müddətində dərslə yükləmək doğru deyil
2024-03-19 16:00:49
Azərbaycanda altıncı sinif şagirdi vəfat etdi- FOTO
2024-03-18 10:12:01
Kim gəldi ekspertlik edir, cəzasını təhsil, xalq çəkir...
2024-03-11 16:06:00
65 yaşında müəllimi çıxarırıq, sonra da kadr axtarırıq…
2024-02-27 14:11:14
DİN: Məktəbli qızın qeyri-etik davranışına dair görüntülər araşdırılır
2024-02-19 23:48:00
Bağçada səs yazısı yayılıb: Təsərrüfat müdiri işdən çıxarıldı - YENİLƏNİB
2024-02-14 19:40:00