
Bildiyiniz kimi Təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının 3 yanvar 2022-ci il tarixindən əyani formada təşkili ilə bağlı əmr imzalayıb
Semestr imtahanlarından biri bəzi universitetlərdə ənənəvi olmaqla şifahi şəkildə keçiriləcək.
Bəs ümumilikdə tələbələr sifahi imtahana hazırdırmı?
AzEdu.az mövzu ilə bağlı müxtəlif universitetlərin tələbələri arasında keçirilən sorğunu təqdim edir:
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Kulturologiya” fakültəsinin tələbəsi Novruzova Rəhiməxanım:
“Biz dil imtahanını şifahi şəkildə verəcəyik. Şifahi şəkildə fikrimizi daha aydın çatdırmaq mümkün olmayacaq , çünki bütün tələbələr xarici dili şifahi şəkildə danışacaq qədər mükəmməl bilmirlər ”.
Bakı Dövlət Universiteti “Jurnalistika” fakültəsi tələbəsi Sona Şıxamirli:
“Mənə elə gəlir ki, tələbələrin bir çoxu adaptasiya problemi yaşayır. Online təhsildən sonra ənənəvi, uzun müddət sonra yazılı imtahan, indi də 1 fənnin şifahi olması..Düşünürəm ki, əgər 4 imtahan yazılıdırsa, 1-də eyni cür ola bilərdi”
Bakı Dövlət Universiteti “Geologiya” fakültəsi tələbəsi Quliyeva Fidan:
“Məncə şifahi imtahan daha rahatdr. Şifahi şəkildə fikri daha rahat ifadə etmək olur, nəinki yazılıda.”
Bakı Dövlət Universiteti “Kitabxanaçılıq və informasiya” fakültəsi tələbəsi Ağayeva Nazənin:
“Düşünürəm ki, Şifahi imtahan gözlənilməz oldu . Heç bir tələbə buna tam hazır deyildi . On-line imtahanlardan sonra ənənəvi şəkildə şifahi imtahana tələbələr adaptasiya olmaqda çətinlik çəkəcəklər.”
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universteti "Kulturologiya" fakultəsi tələbəsi Cəbiyeva Əzizə:
“Dil imtahanını şifahi şəkildə verəcəyik .Lakin fikrimcə bu tələbələr üçün bir sıra çətinliklər yarada bilər. İlk növbədə hər kəs xarici dili müxtəlif səviyyədə bilir. Həmçinin bəzən qaydaları demək üçün fikirləşmək lazım gəlir. Yazılı şəkildə olduqda isə fikrimizi daha aydın şəkildə ifadə edə bilərik.”
Bakı Dövlət Universiteti “Mexanika Riyaziyyat” fakültəsi tələbəsi Quliyeva Aydan:
“4-cü kursların son imthanlarıdır. Onlara güzəst edile bilərdi.Balonya sistemində oxuyuruq bu cür imtahan keçirilməsi mənim fikrimcə düzgün deyil .”
Son olaraq qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər. Əmrə əsasən, imtahanlarla bağlı nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.
Gülcahan Məmmədova