Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-07 13:40:00
Aziz Səncər Təqaüd Proqramına start verildi  
Nobel mükafatı laureatı Aziz Səncər xaricdə postdoktoral tədqiqatlar üzrə təqaüd proqramına başlayıb
 
AzEdu.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank açıqlama verib. "Gələcəyə doğru daha mühüm bir addım atırıq" deyən nazir əlavə edib ki, Aziz Səncər öz laboratoriyasında seçilmiş tədqiqatçılarla birlikdə çalışacaq.
 
 
Proqram çərçivəsində tələbələrin tədqiqat təqaüdü də daxil olmaqla, xaricə gediş-gəliş xərcləri qarşılanacaq.
Təqaüdün məbləği ayda 2 500 ABŞ dolları, dəstək müddəti isə 12 aydan az və 24 aydan çox olmayacaq. Təqaüdlər üzrə ödənişlər hər ay və ya hər 3 aydan bir həyata keçiriləcək.
 
Namizədlər Türkiyə vətəndaşı olmalı, hazırda xaricdə işləməməli, son 7 ildə doktorluq dərəcəsi və ya tibbi ixtisas almalı və təqaüd hüququnun əldə edildiyi 6 ay ərzində xarici dil bilikləri üzrə (ən azı bir dil) şərtləri təmin etməlidirlər.
 
Sənədlər "e-bideb.tubitak.gov.tr" internet səhifəsindən martın 4-nə kimi qəbul olunacaq.
 
Təqaüd qazanan tələbələr şəxsən Aziz Səncər tərəfindən müəyyən ediləcək.