Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-07 14:20:00
AzTU-nun professorunun həmmüəllifi olduğu dərslik çapdan çıxıb

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Tofiq Mansurov, Belarus Dövlət Universtetinin professoru İvan Qulakov və Belarus Dövlət Rabitə Akademiyasının rektoru, professor Andrey Zeneviçin həmmüəllifi olduğu “Optik telekommunikasiya sistemlərinin elmi problemləri” adlı dərslik çap olunub.

 

AzEdu.az xəbər verir ki, dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan dərslik ali məktəblərin magistratura səviyyəsi üçün nəzərdə tutulub.

 

Nəşrin çapı AzTU ilə Belarus Dövlət Rabitə Akademiyası arasında mövcud əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilib.