Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-21 13:47:00
Gənc müəllim intihar etdi

Göyçay rayon sakini intihar edib.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Göyçay şəhərində qeydə alınıb.

 

Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb. Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

 

Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

 

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.