
2022-01-23 13:30:00
Respublika Fənn Olimpadalarının rayon (şəhər) mərhələsi keçirilir
22 yanvar 2022-ci il tarixində ölkəmizin bütün rayon və şəhərlərində Respublika Fənn Olimpadalarının rayon (şəhər) mərhələsi keçirilir.
Ümumilikdə 30.000-dən çox şagirdin qatıldığı Respublika Fənn Olimpiadaları 9,10,11-ci siniflər və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirləri arasında 8 fənn (riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrədir.
Respublika Fənn Olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir. İnformatika fənni üzrə RFO rayon (şəhər) mərhələsi onlayn təşkil olunur.
Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytları və iştirakçıların təhsil aldıqları ümumtəhsil müəssisəsələri vasitəsilə 30 yanvar 2022-ci il tarixindən etibarən elan olunacaq.
Respublika Fənn Olimpiadaları “Kapital Bank” - ın baş sponsorluğu ilə həyata keçirilir.
RFO təşkilat komitəsi və münsiflər heyəti olimpiada iştirakçılarına uğurlar arzulayır!
Bu bölməyə aid digər xəbərlər
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH
2024-05-02 15:20:36
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41