Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-25 10:36:00
ADNSU-nun tələbələri üçün informasiya texnologiyaları kursları təşkil edilir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2021-2022-ci tədris ilinin yaz semestrində 3-cü və 4-cü kurs tələbələri üçün informasiya texnologiyaları kursları keçiriləcək.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, kurslarda informasiya texnologiyaları ixtisasları üzrə təhsil alan tələbələr iştirak edəcəklər.

 

Maraqlananlar fevralın 1-dək müraciət edə bilərlər.

 

Qeyd edək ki, bu layihəyə fevralın 16-da start veriləcək.