
2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.
Bu barədə AzEdu.az-a MDU-dan məlumat verilib. Bildirilib ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 6 yanvar tarixindən başlayaraq imtahan sessiyası dövründə hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunur.
Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.
Növbəti “Açıq qapı” günü 2022-ci ilin 27 yanvar tarixində keçiriləcəkdir.
Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.