Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-26 13:41:00
Sabahdan məktəbəhazırlıq qrupların qış tətili BAŞLAYIR

Sabahdan ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında qış tətili günləri başlayacaq.

 

Bu barədə Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

 

Qeyd edilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarının 2.2.1, 2.2.2 və 2.5.2-ci bəndlərinə əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 27-31 yanvar tarixlərində qış tətili günləridir.