Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-10 13:15:00
Bu ixtisaslara yalnız dövlət sifarişi əsasında qəbul aparılır - SİYAHI

Dövlət İmtahan Mərkəzinin abituriyentlərə ixtisas seçimində kömək etmək məqsədilə nəşr etdiyi “Abituriyent 4” jurnalında hər bir ixtisasın kodu, illik ödənişi və həmin ixtisasa qəbulun dövlət sifarişi və ya ödənişli əsaslarla aparılması qeyd olunub. Əksər ixtisaslara qəbul həm dövlət sifarişi, həm də ödənişli əsaslarla aparılsa da, bəzi ixtisaslara yalnız dövlət sifarişi əsasında tələbə qəbulu həyata keçirilir.

AzEdu.az “Abituriyent 4” jurnalına istinadən qəbulu yalnız dövlət sifarişi əsasında aparılan ixtisasları təqdim edir:

Azərbaycan Texniki Universitetində Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, Kompasiziya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı, silah və silah sistemlərinin istehsal texnologiyaları, Optotexnika və Pirotexniki vasitələrin texnologiyaları ixtisaslarına qəbul yalnız dövlət sifarişi əsasında aparılır.

Naxçıvan Dövlət Universitetində Torpaqşünaslıq və Aqrokimya ixtisasına qəbul YDS əsasında həyata keçirilir.

Azərbaycan Dövlət Aqrar Universitetində Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Zootexnik, Aqromühəndislik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Meşəçilik, Şərabçılıq, Ekologiya, Baytarlıq, Su bioehtiyatları və akvabitkilər, Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik, Əczaçılıq ixtisaslarına qəbul YDS əsasında aparılır.

Azərbaycan İlahiyyat İnstitutunda Dinşünaslıq və İslamşünaslıq ixtisaslarına, Azərbaycan Tibb Universitetində Hərbi həkim işi ixtisasına və Naxçıvan Dövlət Universitetində Baytarlıq ixtisasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır.

Bundan başqa, xüsusi təyinatlı ali təhsil müəssisələrinin hər bir ixtisasına tələbə qəbulu da məhz dövlət sifarişi əsasında həyata keçirilir.