Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-26 14:35:00
Təhsil İnstitutu bu gün coğrafiya fənni üzrə vebinar təşkil edəcək

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar yanvarın 26-sı saat 17:00-da coğrafiya fənni üzrə “İqlim və iqlim qurşaqları” mövzusunda keçiriləcək.

 

Vebinarda spiker qismində Bakı şəhər 166 saylı məktəb-liseyin coğrafiya müəllimi Rəşad Nərimanlı çıxış edəcək. Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.

 

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.