
Azərbaycan 2022-ci ildə 8-ci sinif şagirdlərinin Kompüter və İnformasiya Savadlılığı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatının - ICILS 2023-ün (International Computer and Information Literacy Study) sınaq mərhələsində iştirak edəcək.
Bu barədə AzEdu.az -a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əsas mərhələsi 2023-cü ildə baş tutacaq tədqiqat ilk dəfə 2013-cü ildə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən aparılıb. 5 ildən bir keçirilən qiymətləndirmə tədqiqatı şagirdlərin hesablama düşüncəsinin qiymətləndirilməsi ilə yanaşı, məktəbdə kompüterlərlə problemi həlletmə bacarıqlarını necə inkişaf etdirdikləri barədə məlumatlar toplamaq və beynəlxalq səviyyəli müqayisələr aparmaq üçün bir fürsətdir.