Dövlət İmtahan Mərkəzində 31 yanvar 2022-ci il tarixində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib
Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib. Bildirilib ki, hər iki fənn üzrə işçi qruplarının iclaslarında gündəlik məsələ onlayn sınaq imtahanı üçün tapşırıqların müzakirəsi olub.
Müzakirələr zamanı materialların müvafiq fənn kurikulumlarının təlim nəticələrinə və dərsliklərə uyğunluğuna xüsusi diqqət yetirilib.
Müzakirələrdə bildirilmiş fikir və təkliflər nəzərə alınıb.
İşçi qruplarının növbəti iclasları 7 fevral 2022-ci il tarixində olacaq.