
2018-08-11 10:26:00
Gənc müəllim əlini qadınlara vurmadığına görə işsiz qaldı - FOTO
Norveçdə gənc müəllim dini inancına görə qadın həmkarları ilə fiziki təmasdan imtina etməsi səbəbindən işini itirib.
AzEdu.az yazır ki, bu haqda “SputnikNews” nəşri xəbər yayıb. Ölkə paytaxtı Oslodakı Ekeberq ibtidai məktəbinin rəhbərliyi qadınlarlarla görüşərkən onların əllərini sıxmaqdan imtina edən müsəlman müəllimlə əmək müqaviləsini yeniləməyib.
“Müəllimələrimiz onun əl verməkdən imtina etməsi səbəbindən özlərini təhqir olunmuş hesab ediblər”- deyə məktəb müdiri Bente Alfxeym bildirib. Müsəlman müəllim isə qadınlarla əl sıxışmaqdan imtina etməyinin onlara hörmətsizlikdən yox, İslam qanununun tələb etdiyi kimi, nəfsinin şərindən qorunmaq istəyindən irəli gəldiyini izah edib.
Bu vəziyyətdə Norveçin hüquq müdafiəçiləri müsəlman müəllimi dəstəkləyiblər.

“Norveçdə dini azadlıq var. Kimsə bir şəxsin dini əməllərinin müəssisənin işinə mane olması səbəbindən işdən azad edilməsini əsaslandıra bilər. Amma bu halda durum tamamilə fərqlidir ”, - deyə İctimai Ayrı-seçkiliyə Qarşı Təşkilatın rəhbəri Axenaton Oddvar de Leon bildirib. (moderator.az)
Bu bölməyə aid digər xəbərlər
“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası olub
2024-09-12 10:41:16
Sentyabr döyüşlərinin 2 ili tamam oldu
2024-09-12 08:59:29
“Tarixdə bu gün” - 12 sentyabrda yadda qalan günlər...
2024-09-12 08:56:00
Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
2024-09-12 08:45:58
STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir
2024-09-11 17:57:00
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA
2024-09-11 15:01:00
DİM bu şəxslər üçün qeydiyyat elan edib
2024-09-11 12:18:30
Dövlət keyfiyyətli kadr hazırlığı üçün daha çox vəsait xərcləyəcək - Yeni qərarın izahı
2024-09-11 11:15:57
İki gündə geomaqnit qasırğası olacaq
2024-09-11 10:58:30
Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı
2024-09-10 17:43:40