Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-02 16:00:00
Tanınmış şəxslərlə "Təhsil podkastı"na start verildi

Təhsil Nazirliyinin "Təhsil" televiziyası yeni layihəyə start verib. "Təhsil podkastı" adlanan proqramın ilk buraxılışı 2 fevral- Gənclər Günündə yayımlanıb. 

   

   AzEdu.az xəbər verir ki,   "Təhsil podkastı"nın ilk buraxılışında ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) tələbəsi Abutalıb Namazovla (Barış) maraqlı söhbət aparılıb. 

 

Abutalıb Namazov respublika və beynəlxalq olimpiadaların dəfələrlə qalibi olub.

 

Qeyd edək ki, proqramda elm-təhsil sahəsində tanınmış maraqlı şəxslərlə müxtəlif mövzularda podkastları izləyə bilərsiniz.

 

  Proqram Təhsil Nazirliyinin rəsmi "Facebook" və "Youtube"kanalları üzərində yayımlanacaq.

 

https://www.youtube.com/watch?v=dkybx1mbN6w