Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-11 10:45:00
Məmur işləmək istəyənlər üçün sınaq imtahanı keçiriləcək - BU GÜN

Avqustun 11-də Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirilir.

DİM-dən AzEdu.az bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə sınaq imtahanı saat 10-da başlayıb.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.

Qeyd edək ki, imtahanda iştirak üçün qeydiyyata iyulun 23-də başlanılıb. İndiyədək AA vəzifə qrupu üzrə 1, BA qrupu üzrə 9, BB qrupu üzrə 18 nəfər olmaqla, cəmi 28 nəfər qeydiyyatdan keçib.