Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-04 09:36:00
Daha iki məktəb koronavirusa görə distant tədrisə keçdi

Bakıda 20 nömrəli məktəb-liseyin fəaliyyəti fevralın 4-dən distant təhsil formasında davam etdiriləcək.

 

AzEdu.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəb-liseydə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

 

Rəsmi qərara əsasən, paytaxtdakı 177 nömrəli tam orta məktəb də distant tədrisə keçib.