Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-04 09:48:00
Qəbul imtahanının modelinə uyğun onlayn sınaq variantlarının müzakirəsi aparılıb

Fevralın 3-də Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki , hər iki fənn üzrə iclaslarda gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanının modelinə uyğun onlayn sınaq imtahanının müzakirəsi olub.

 

Müzakirələrdə tapşırıqların fənn kurikulumunun məzmun standartlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğu yoxlanılıb.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

 

İşçi qruplarının növbəti iclası fevralın 10-da olacaq.