Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-04 13:02:00
AzTU tələbələri “İqlim” Elmi İstehsalat Müəssisəsində imtahan verib

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin tələbələrinin bəzi fənlər üzrə imtahanları Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi İstehsalat Müəssisəsində təşkil olunub. Şifahi üsulla keçirilən imtahanlarda bütün tələbələr müvəffəq qiymət alıb.  

 

AzEdu.az xəbər verir ki, AzTU-nun Müdafiə Sənayesi Nazirliyinin qurumlarında auditoriyaları var. Semestr ərzində müvafiq fənlər üzrə tədris həmin auditoriyalarda aparılır.

 

Xatırladaq ki, AzTU Azərbaycanda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə universitetdir.