Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-04 16:30:00
Nazirlik: "Təhsil işçilərinin böyük əksəriyyəti artıq üçüncü dozanı qəbul ediblər"  

“Azərbaycanda fəaliyyət göstərən məktəblərin müəllimlərinin böyük əksəriyyəti koronavirus əleyhinə iki doza vaksin qəbul edib. Hazırda təhsil işçilərinin vaksinasiya prosesində iştirakı davam edir”.

 

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

 

Şöbə müdirinin sözlərinə görə, yeni statistik rəqəmlər hələlik məlum olmasa da, təhsil işçilərinin buster doza ilə peyvəndlənməsi vəziyyəti kifayət qədər yaxşıdır:

 

“Təhsil işçilərinin böyük əksəriyyəti artıq üçüncü dozanı qəbul ediblər, bir çoxu da koronavirusa yoluxduğundan onlarda immunitet formalaşıb”.

 

report