Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-06 11:56:00
Azərbaycanda tələbələr təyyarə modelinin hazırlanmasında iştirak edəcəklər

Azərbaycanlı tələbələr əfsanəvi “ASW 28” təyyarə modelinin hazırlanmasında yaxından iştirak edəcəklər.

 

 

AzEdu.az xəbər verir ki, mayın 26-29-da Azərbaycanda keçiriləcək "TEKNOFEST” Aerokosmik və Texnologiyalar Festivalı çərçivəsində elan edilmiş “SAILPLANER” müsabiqəsinin hesabına olacaq. Müsabiqədə ali təhsil müəssisələrinin həm bakalavr, həm də magistr pillələrində təhsil alan tələbələr iştirak edə biləcəklər.

 

Modelin hazırlanması zamanı tələbələr təyyarə gövdəsi üçün nəzərdə tutulan avadanlıqların dizayn edilməsini, dəqiq telemetriya, proqramlaşdırma, avtonom uçuş mexanizmi, müxtəlif sensorlar və faydalı kameralar vasitəsilə uçuş zamanı ərazi məlumatlarının toplanmasını praktiki olaraq tətbiq edəcəklər.

 

Müsabiqənin şərtlərinə əsasən “SAILPLANER”də 6 nəfərlik tələbə heyətindən ibarət komandalar iştirak edə bilərlər. Komandalar qrup işinə mütləq şəkildə mentor cəlb etməli və final mərhələsinə kimi sabit tərkibdə təmsil olunmalıdırlar. Həmçinin, hər komanda kapitanını öz qrup üzləri arasından seçməlidirlər.

 

Müsabiqədə iştirak edən komandalara layihənin icrası ilə bağlı müvafiq avadanlıqlardan istifadə etmələri üçün 800 ABŞ dolları texniki dəstək göstəriləcək.

 

Ali məktəb tələbələri B kateqoriyasını təmsil etməklə I yer 6000 AZN, II yer 4000 AZN, III yer 2000 AZN-dən ibarət Mükafat Fondu uğrunda mübarizəyə qoşula biləcəklər.