
2022-02-11 10:25:00
BANM-in daha 2 tələbəsi Xoşbəxt Yusifzadə təqaüdünə layiq görülüb
Bakı Ali Neft Məktəbinin (BANM) daha 2 tələbəsi SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görülüb.
AzEdu.az xəbər verir ki, BANM-in “Neft-qaz mühəndisliyi" ixtisasının V kurs tələbələri - Zərifə Cəbrayılova və Kənan Məmmədov akademik Xoşbəxt Yusifzadə adına təsis edilmiş tələbə təqaüdünü qazanıblar. Bakı Ali Neft Məktəbinin Elmi Şurasının bu qərarı onların tədris illəri ərzində əldə etdikləri yüksək nəticələr və Ali Məktəbin sosial-ictimai fəaliyyyətindəki xüsusi aktivliyi nəzərə alınaraq verilib.
Tələbələrimizi təbrik edir və dərslərində uğurlar arzulayırıq.
Qeyd edək ki, bu tələbə təqaüdü akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə əlaqədar olaraq Bakı Ali Neft Məktəbi tərəfindən (SOCAR-ın Şurasının 13 nömrəli, 17 mart 2020-ci il tarixli Qərarına əsaslanaraq) təsis edilib. Belə ki, hər il BANM-in 2 nümunəvi IV və (və ya) V kurs tələbələri bu təqaüddən yararlanmaq imkanına malikdirlər.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39