Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-21 11:36:00
Daimiləşdirmədə uğur qazanmayan namizəd MİQ-də iştirak edə bilər?-DİQQƏT

  

Prosedura uyğun olaraq bu il daimiləşmə, yerdəyişmə sonra isə MİQ müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. MİQ ənənəvi olaraq bu il də iyul ayında keçiriləcək.

 

Müəllimlərin iş yerinin daimiləşdirilməsi müsabiqəsi üzrə yenilənmiş müsahibə mövzuları tezliklə elan olunacaq.

 

Bəs daimiləşdirmədə uğur qazanmayan namizəd MİQ-də iştirak edə bilərmi?

 

AzEdu.az xəbər verir ki, İnsan Resurları Mərkəzinin məlumatına əsasən, namizəd daimiləşdirmə müsabiqəsində uğur qazanmadığı halda MİQ müsabiqəsində iştirak edə bilər.

 

Qeyd edək ki, sertifikasiya müsabiqəsinin MİQ-dən sonra keçirilməsi nəzədə tutulur.