Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-24 17:20:00
Peyvənd olunanların sayı açıqlanıb  

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 32 591 vaksin vurulub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 209, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 509, üç və daha çox doza vaksin vurduranların sayı 27 210, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 663 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 12 896 808, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 293 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 780 286, üç və daha çox doza vaksin vurduranların sayı 2 623 773, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 199 741 təşkil edir