Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-25 10:00:00
DİM: Biologiya və tarix fənləri üzrə sınaq imtahanı tapşırıqları təhlil olunub

Fevralın 24-də Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclaslarda sınaq imtahanında istifadə edilmiş tapşırıqlar təhlil olunub. Aparılmış təhlil tapşırıqların fənn kurikulumlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğunu təsdiq edib.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib. Qeyd və təkliflər test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.

 

İşçi qrupların növbəti iclasları martın 3-də olacaq.