
Ukraynada davam edən müharibə ilə bağlı Avropa Birliyi, bir çox təşkilatlar, qruplaşmalar Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdə, hücumdan çəkindirməyə çalışmaqda davam edirlər.
Məlumatlara əsasən, Ukraynanın müxtəlif şəhərlərinə edilən raket hücumlarının bir hissəsi Belarusiyadan həyata keçirilir. Bu ölkənin prezidenti də çıxışlarında Rusiya prezidenti Vladimir Putinə öz dəstəyini ifadə edir, həmçinin müharibə aparan tərəflər arasında ilkin danışıqlar da bu ölkənin vasitəçiliyilə həyata keçirildi. Bir çox təşkilat və birliklərin artıq Belarusiya üçün də sanksiyaklar paketi hazırladığı haqqında məlumatlar yayılır.
Hazırki vəziyyəti diqqətdə saxlamaqla AzEdu.az təhsil portalı olaraq Belarusiyada təhsil alan bir neçə azərbaycanlı tələbə ilə əlaqə saxladıq.
Tələbələr vəziyyətlə əlaqədar suallarımıza cavab verə bilməyəcəklərini, bir sıra universitetlərin təhsilalanların sosial şəbəkə hesabların. Fəaliyyətlərinə nəzarət etdiklərini bildirdilər.
Hazırda orada hər kəsin çaşqın vəziyyətdə olduğunu, nə edəcəklərini bilmədiklərini, həmçinin hadisələri izlədiklərini və hələki gözlədikıərini qeyd ediblər. Vəziyyətlə bağlı açıqlama verəcəkləri, yaxud hər hansı münasibət bildirəcəkləri təqdirdə universitetdən xaric olma təhlükəsi ilə üzləşə biləcəklərini diqqətə çatdırdılar.
Qeyd edək ki, hazırda Ukraynada təhsil alan tələbələrin evakuasiya prosesi davam edir, tələbələr hissə-hissə qruplar halında ölkədən çıxarılaraq vətənə gətirilirlər.