
Nə yadımdan çıxsa da, Azedu.az saytının yaranma günü yaddaşımdan heç vaxt silinməz. Çünki, saytın yaranmasına sevinən, ona ilk xeyir-dua verənlərdən biri mən olmuşam. Sanki, intuisiyam qabaqcadan mənə deyirdi ki, bu sayt qısa zaman kəsiyində təhsilimizə baxışımıza yeni rəng qatacaq, yanaşma tərzimizə yeni nəfəs gətirəcək, özünə bu qədər geniş auditoriya qazanacaq, təhsilin və elmin tribunasına çevriləcək...
Cəmi, 3 ilə - belə nüfuz, belə uğur, belə tanınma, belə dəstək...?! Təhsildən və elmdən yazmaq, peşəkar fikir mübadiləsi aparmaq, kreativ düşüncə ortaya qoymaq üçün artıq dayanıqlı bir məkan var.
Gün o gün olsun, "AzEdu az."- ın 10 illiyini, 20 illiyini... qeyd edək.
Təşəbbüskar kollektivı səmimi təbrik etmək, yeniliklərə və çağırışlara açıq olan gənc komandaya yeni-yeni uğurlar arzulamaq boynumuzun borcudur...
Nadir İsrafilov