
"Artıq Təhsil Nazirliyi adından ehtiyat dərslikləri istifadəyə veriləcək və bu dərsliklər 3 il ərzində yazılır".
AzEdu.az xəbər verir ki,bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı "ilə bağlı brifinqində deyib.
"Biz düşünürük ki,bu model özünü doğruldur. Ən azı hərf,yaxud texniki səhvlər yoxdur. Onu da qeyd etmək istəyirəm ki,hər hansı dərslik istifadəyə verilmədən əvvəl ictimai müzakirəyə təqdim olunur".
Nazir dərsliklərin çətinliyi məsələsinə də toxunub:
"Əgər bir dərslikdə ümumiişlək sözlər azdırda,bununla yanaşı uzun cümlələr çoxdursa o zaman həmin dərsliyin dili çətindir deməkdir. Bu amil ehtiyat dərsliklərdə nəzərə alınır. Mən tamamilə razıyam ki,bizim dərsliklərdə kifayət qədər yeniliklərə ehtiyac var"