Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-02 10:00:00
UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalı çərçivəsində UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi təşkil edilib.

 

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, “Azərbaycan iqtisad elminin uğurları” adlı virtual sərgidə UNEC alimlərinin iqtisadiyyat elminin ayrı-ayrı sahələrinin inkişafı istiqamətində əldə etdiyi elmi nailiyyətləri özündə ehtiva edən müxtəlif dillərdə dərslik, dərs vəsaiti və monoqrafik nəşrləri haqqında məlumatlar öz əksini tapıb. Burada universitetin professor-müəllim heyətinin beynəlxalq nəşrlərdən etdiyi mükəmməl tərcümə vəsaitləri də yer alıb.