Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-02 11:00:00
DİM tərəfindən “Əmək qanunvericiliyinin tətbiqi“ mövzusunda onlayn formada təlim təşkil olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən 1 mart 2022-ci il tarixlərində dövlət qulluqçuları üçün “Əmək qanunvericiliyinin tətbiqi“ mövzusunda təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlim zamanı əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları, intizam tənbehinin verilməsi qaydaları, işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətini müəyyən edən hallar, əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası və s. mövzular barədə təlim iştirakçıları məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.

 

Qeyd edək ki, “Əmək qanunvericiliyinin tətbiqi ” mövzusu 15 fevral-1 mart 2022-ci il tarixlərini əhatə edib.

 

Təlimlər “İnsan resurslarının idarə edilməsi”,“Əmək qanunvericiliyinin tətbiqi”, “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri” mövzuları üzrə mart ayının əvvəlinədək davam edəcək.