
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən həyata keçirilən “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” layihəsi üzrə təlimlərin 2-ci mərhələsi davam edir.
AzEdu.az xəbər verir ki, peşə təhsili müəssisələrində təşkil olunan təlimlər hazırda ölkənin bütün şəhər və rayonlarında əyani şəkildə həyata keçirilir. Layihənin əsas məqsədi şagirdlərin qabiliyyət, maraq və ehtiyaclarını nəzərə almaqla ümumi təhsil müəssisələrində peşəyönümü işini təşkil etmək, eyni zamanda, müxtəlif peşələrlə bağlı maarifləndirici tədbirlər və valideynlərlə iş aparmaqla təhsilalanların peşə seçimində düzgün qərar vermələrinə dəstək olmaqdır.
Təlim iştirakçıları peşə təhsili müəssisələri və müasir peşə təhsilinin əsas istiqamətləri ilə tanış olurlar. Eyni zamanda, onlara peşəyönümü işinin təşkili üsulları, peşəyönümü fəaliyyətinin planlaşdırılmasına dair tövsiyələr verilir.