
Fransanın populyar “La Gazette” xəbər portalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan həqiqətləri beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində keçmiş SSRİ-nin kosmik sənayesinə 25 il rəhbərlik etmiş general-leytenant, böyük azərbaycanlı Kərim Kərimov haqqında “Kosmos fatehlərinin sərkərdəsi” adlı məqalənin yayınına başlayıb.
AzEdu.az xəbər verir ki, məqalənin müəllifi – tanınmış jurnalist, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi – Mərkəzin fransız dili üzrə mütəxəssisi Fuad Həsənoğludur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “La Gazet-te” portalı müntəzəm olaraq səhifələrində dünyanın məşhur elm, incəsə-nət xadimləri, görkəmli şəxsiyyətləri haqqında materiallar işıqlandırır.
https://www.lagazetteaz.fr/